BAKI, 16 oktyabr. TELEQRAF
Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib.
Teleqraf xəbər verir ki, Azərbaycan Jurnalistlərinin IX Qurultayında Mətbuat Şurası İdarə Heyətinin qərarı ilə sədr vəzifəsinə Vüqar Zifəroğlunun namizədliyi irəli sürülüb. Səsvermənin yekununda o, qurumun yeni sədr seçilib.
Qeyd edək ki, Vüqar Zifəroğlu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanıdır.