BAKI, 16 oktyabr. TELEQRAF

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər “Tərəqqi” medalı ilə təltif edilib.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sənədə əsasən, Azərbaycanda idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Astanov Elvin Əmrah oğlu

Qasımov Ramil Famil oğlu

Məmmədov Pərvin Rasim oğlu

Musayev Oloxan İsayeviç.