BAKI, 16 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Krımı Ukraynanın imtina etdiyi ən qiymətli ərazi və dünyanın ən gözəl guşəsi adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə D.Tramp "Newsmax" telekanalına müsahibəsində bildirib.
"Krım dörd tərəfdən okeanla əhatə olunmuş yer kürəsinin ən gözəl guşəsidir. Mən inşaatçıyam, yaxşı torpaq sahələrindən başım çıxır. Onlar Krımdan könüllü imtina etdilər",- D.Tramp qeyd edib.