BAKI, 8 oktyabr. TELEQRAF
“Prezident Maya Sandu və hakim “Fəaliyyət və Həmrəylik” Partiyası (PAS) Konstitusiya ilə təsbit edilmiş neytrallığa baxmayaraq, Moldovanı müharibəyə sürükləyir”.
Teleqraf xəbər verir ki, bunu Moldovanın müxalif Sosialist Partiyasının sədri və keçmiş prezident İqor Dodon Kişinyovda keçirilən NATO Təhlükəsizlik Forumu ilə bağlı şərhində deyib.
“Bu həftə Kişinyovda NATO, Konrad Adenauer Fondu və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Moldova Təhlükəsizlik Forumu keçirilir. Maya Sandu rejimi bir daha Moldovanın Konstitusiya ilə təsbit edilmiş neytrallığını pozur. Norveç bu yaxınlarda Moldovaya silah və sursat ixracına icazə verib, indi də bu forum. Bu, PAS-ın ən “Avropayönlü kursu”durmu? Bəs bizi növbəti dəfə hara aparacaq? Biz müharibəyə qarşıyıq. Moldova dinc ölkə olaraq qalmalıdır”, - Dodon qeyd edib.