BAKI, 2 oktyabr. TELEQRAF

“Astanada Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşümdə Qazaxıstan hakimiyyətindən Ukraynada atəşkəsə nail olmaq üçün Rusiya ilə diplomatik əlaqələrindən istifadə etməsini istədim”.

Teleqraf xəbər verir ki, bunu Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen deyib.

“Mən Qazaxıstandan Ukraynada atəşkəs barədə razılığa gəlmək və sülhə nail olmaq üçün Moskva ilə diplomatik əlaqələrdən istifadə etməsini xahiş etdim”, - Rasmussen Tileuberdi ilə görüşdən sonra jurnalistlərə bildirib.