BAKI, 20 noyabr. TELEQRAF
Norveç hökuməti aviabazaları və strateji infrastrukturu qorumaq üçün 22 milyard kron (2 milyard avrodan çox) dəyərində hava hücumundan müdafiə raketləri almağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Norveç hökumətinin yaydığı məlumatda bildirilib.
Müvafiq qərar müdafiə naziri Ture O. Sandvikin təqdim etdiyi müdafiə büdcəsində əksini tapıb.
Nazir Ukraynadakı müharibənin effektiv hava hücumundan müdafiə sistemlərinin əhəmiyyətini göstərdiyini bildirib:
"Məqsəd Silahlı Qüvvələrin raket ehtiyatlarını artırmaqdır".
Yeni raketlər NASAMS sistemlərində istifadə olunacaq və dronlara, hərbi təyyarələrə, eləcə də helikopterlərə qarşı tətbiq ediləcək.
Alınması nəzərdə tutulan silahlar qısamənzilli AIM-9X, ortamənzilli AMRAAM-120C və uzaqmənzilli AMRAAM ER raketləridir.