BAKI, 19 noyabr. TELEQRAF

“Moskva mütəmadi olaraq Avropa liderlərinin 2030-cu ilədək Rusiya ilə müharibəyə hazırlaşmaq barədə bəyanatlarını eşidir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib.

“Avropa liderlərinin bizə çatdırdığı bəyanatları eşidirik: müharibə, müharibə, 2030-cu ilə hazırlaşmaq lazımdır. Biz 2030-cu ilə hazırlaşmaq üçün heç kimə hücum etmək niyyətində deyilik, amma onlardan daim bu cür bəyanatlar eşidirik”, – deyə Rusiya Prezidenti vurğulayıb.