BAKI, 20 noyabr. TELEQRAF

Rusiya Hərbi Dəniz Qüvvələri bu gecə son altı ayda ilk dəfə Qara dənizə gəmi çıxararaq, 20-dən çox raket buraxılışı həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletенçuk məlumat verib.

“Bu gün son altı ay ərzində ilk dəfə dənizə çıxardıqları gəmilərindən istifadə etdilər. Bu gün ümumilikdə 20-dən çox buraxılış olub”, - Pletенçuk bildirib.

O əlavə edib ki, Ukraynaya qarşı kombinə edilmiş hücum zamanı Qara dəniz donanmasının qüvvələrindən istifadə olunması planlaşdırılır.

Rusiya noyabrın 20-nə keçən gecə Ukraynaya növbəti kombinə edilmiş hücumu həyata keçirib. Zərbələr nəticəsində paytaxt Kiyevdə Podil-Voskresensk, Darnitsa, Cənub və Şimal körpülərinə ziyan dəyib. Hücum nəticəsində 3 nəfər həlak olub, 15-i yaralanıb.