BAKI, 20 noyabr. TELEQRAF
Ukrayna ordusu Rusiyanın Smolensk vilayətində yerləşən “Dorogobuj” kimya zavoduna dronlarla zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə ASTRA məlumat yayıb.
Bölgədə dron hücumu təhlükəsi barədə gecə yarısına yaxın xəbərdarlıq edilib. Bundan az sonra Ukrayna mediası “Dorogobuj” ASC-nin sənaye zonasına zərbə endirildiyini yazıb.
“Dorogobuj” ASC-nin daxil olduğu “Akron” qrupunun əsas benefisiarı rusiyalı milyarder Vyaçeslav Kantordur.
“Dorogobuj” Rusiyanın aparıcı mineral gübrə istehsalçılarından biridir.
Zavod ölkə üzrə ammonium nitrat istehsalının təxminən 11 faizini təmin edir. Müəssisənin məhsulları ikili təyinatlı sənaye məhsullarıdır və sənaye partlayıcı maddələrinin istehsalında da istifadə oluna bilər. Zavod həmçinin ammonyak, azot turşusu, mineral gübrələr və nitroammofoska istehsal edir.
“Dorogobuj” sonuncu dəfə fevralın 25-də hücuma məruz qalıb. Həmin hücum zamanı yeddi nəfər həlak olub. Müəssisə 2025-ci ilin dekabrında da hədəfə alınıb.