BAKI, 20 noyabr. TELEQRAF

Serbiyanın prezident səlahiyyətlərini icra edən və yeni parlament sədri Aleksandar Çupiç yaxın günlərdə yeni prezidentin seçilməsi üçün seçkilərin tarixini təyin etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə o, “FoNet” agentliyinə danışıb.

“Vaxt olduqca məhduddur, seçkilər noyabrın 27-dək təyin edilməlidir”, - Çupiç bildirib.

Parlament sədri qeyd edib ki, o, səsvermə tarixini yaxın günlərdə müəyyənləşdirəcək.

Son parlament seçkilərində qalib gələn “Tələbə Siyahısı” birliyinin nümayəndəsi, Belqrad Universitetinin Nəqliyyat fakültəsinin dosenti Aleksandr Çupiç noyabrın 19-da Serbiya parlamentinin sədri seçilib. Spiker vəzifəsi ilə yanaşı, ona ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti icra etmək səlahiyyəti də keçib.

Serbiya qanunvericiliyinə əsasən, səsvermə dekabrın 27-dən gec olmayaraq keçirilməlidir.