BAKI, 19 noyabr. TELEQRAF

Serbiyanın yeni tərkibli parlamentinin sədri hakim “Tələbə Siyahısı” birliyinin nümayəndəsi, Belqrad Universitetinin Nəqliyyat fakültəsinin dosenti Aleksandar Çupiç seçilib.

Teleqraf xəbər verir ki, Çupiçin namizədliyini 140 deputat dəstəkləyib.

Parlament sədri vəzifəsi ilə yanaşı, o, ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən şəxs postunu da tutub. Çupiç yeni dövlət başçısının seçilməsi üçün tarix təyin etməlidir. Serbiya qanunvericiliyinə əsasən, prezident seçkiləri dekabrın 27-dən gec olmayaraq keçirilməlidir.

Serbiyada növbədənkənar parlament seçkiləri oktyabrın 25-də keçirilib. Seçkilərdə müxalif “Tələbə Siyahısı” qalib gələrək, müstəqil şəkildə hökumət formalaşdırmaq üçün kifayət qədər deputat mandatı qazanıb. Çupiç bu birliyin təsisçilərindən biridir.

O, müəllimlik fəaliyyəti ilə yanaşı, həyat yoldaşı ilə birlikdə kənd təsərrüfatı ilə məşğuldur. Cütlüyün altı övladı var.