BAKI, 21 noyabr. TELEQRAF

Ukrayna Avropa Komissiyasından 8 milyard avroya yaxın maliyyə yardımı alıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula von der Leyen sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, bu, Avropa Komissiyasının indiyədək Ukraynaya təqdim etdiyi ən böyük maliyyə ödənişidir.

O, həmçinin Avropa İttifaqının Ukraynanın Avropaya inteqrasiya yolunda irəliləməsi ilə əlaqədar ölkəyə dəstəyini davam etdirəcəyini bildirib.