BAKI, 24 avqust. TELEQRAF
“Ukrayna Vladimir Putinin nə etdiyini və nə istədiyini görür”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski bildirib ki, Rusiya lideri Vladimir Putin keçmişdə ilişib qalıb, hələ də Ukraynaya əvvəlki kimi - susacaq, udacaq, dözəcək ölkə kimi baxır, artıq belə bir Ukrayna yoxdur.
“Biz onlara təşəbbüsü ələ keçirməyə, Avropanı və bütün dünyanı aldatmalarına, guya təkcə Donbası alıb hər şeyin tezliklə bitəcəyinə inandırmalarına imkan verməyəcəyik. Rusiya sülh istəmir, ona görə də səfərbərliyə hazırlaşır”, - dövlət başçısı bildirib.
Zelenski qeyd edib ki, Putin Ukraynanın yorulduğuna ümid etsə də, ölümlü Putin bunu görməyəcək:
“Putin bizi heç vaxt başa düşmədi. İndi isə artıq buna vaxtı çatmayacaq”.