BAKI, 24 avqust. TELEQRAF
“Çin artıq Ukraynaya qarşı işğalçı müharibəni davam etdirən Rusiyaya qarşı susmamalıdır”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Kiminsə (Vladimir Putin) dənizçi formasına bürünüb və papağını qoyub nüvə zərbəsindən danışdığı vaxtda Çin reaksiya verməli, hərarəti azaltmalıdır. Çin dünya liderlərindən biri olmaq ambisiyasını yalnız iqtisadi və texnoloji baxımdan deyil, həm də sivil baxımdan nümayiş etdirməlidir. Dünyaya başa salmalıdır ki, heç bir diktator köhnə döyüş başlıqları ilə planeti təhdid etməməlidir”, - Zelenski bildirib.