BAKI, 18 avqust. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi olaraq müdafiə naziri vəzifəsinə Yevgeni Xmaranın və xarici işlər naziri vəzifəsinə Andrey Sibiqanın təyin edilməsi ilə bağlı Ali Radaya müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə Ali Radanın üzvü İrina Geraşenko məlumat verib.

***

17:08

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın müdafiə naziri vəzifəsinə Yevgeni Xmaranın namizədliyini irəli sürüb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak məlumat verib.

Deputat bununla bağlı Ali Radadakı fraksiyaları arasında müzakirələrin aparıldığını bildirib.

Qeyd edək ki, Ukraynanın bundan əvvəlki müdafiə naziri Mixaylo Fedorov iyulun 15-də istefa verib. O vaxtdan bəri müdafiə naziri postu boşdur.