BAKI, 1 iyul. TELEQRAF
Fransada 2027-ci il prezident seçkilərinin tarixləri hökumətin iclasında razılaşdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın energetika naziri və hökumətin sözçüsü Mod Brejon məlumat verib.
“Qarşıdan gələn prezident seçkilərinin tarixləri bu səhər təklif edilib. Bütün siyasi partiyalarla məsləhətləşmələrdən sonra seçkilərin ilk turunun 2027-ci il aprelin 18-də, ikinci turunun isə mayın 2-də keçirilməsi qərara alınıb”, - Fransa rəsmisi qeyd edib.