BAKI, 19 iyun. TELEQRAF
İyunun 19-da İsveçrənin Bürgenştok şəhərində keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları baş tutmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” İsveçrə Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Görüşün ləğv edilməsinin səbəbləri açıqlanmayıb, yeni tarix barədə də məlumat verilməyib.
Açıqlama Ağ Evin ABŞ vitse-prezidenti Ceyms Devid Vensin İran nümayəndə heyəti ilə görüşmək və Tehranla Vaşinqton arasında razılaşmanın icrası ilə bağlı danışıqlara başlamaq üçün İsveçrəyə planlaşdırdığı səfərini ləğv etdiyini bəyan etməsindən sonra gəlib.