BAKI, 9 may. TELEQRAF
“Avropa NATO-nun fəaliyyətini davam etdirmək üçün çalışmaq istəyir”.
Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.
“Bu alyansın gələcək üçün canlı qalmasını istəyirik”, - Merts İsveç Baş naziri Ulf Kristersson ilə birgə mətbuat konfransında bildirib.
Kansler alyansa yeni qoşulan İsveç və Finlandiyanın NATO-nu gücləndirdiyini də vurğulayıb.