BAKI, 29 aprel. TELEQRAF

“Avropanın diplomatik gücü yalnız hərbi imkanlar, o cümlədən nüvə çətiri ilə dəstəklənəcəyi təqdirdə təsiredici olacaq”.

Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts bildirib.

“II Fridrixin gözəl sözü var, o deyirdi ki, silahsız diplomatiya alətsiz musiqi kimidir. Mən bundan həmişə belə bir nəticə çıxarıram: biz özümüzü müdafiə etmək məcburiyyətində qalmamaq üçün özümüzü müdafiə etməliyik. Avropanın diplomatik gücü yalnız o halda öz potensialını açacaq ki, biz onu hərbi imkanlarla dəstəkləyəcəyik. Buna görə də fransızlara müraciət edirəm: gəlin, Avropanı necə qoruya biləcəyimizi müzakirə edək”, - o vurğulayıb.

Almaniya Kansleri “Avropa üçün ortaq nüvə çətiri”ndən danışıb-danışmadığı sualına müsbət cavab verib: “Avropanın təhlükəsizliyi üçün lazım olan hər şey haqqında danışıram”.