BAKI, 29 aprel. TELEQRAF
“ABŞ və İran arasında istənilən razılaşma Tehranın nüvə və ballistik raket proqramlarını əhatə etməlidir”.
Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.
O əlavə edib ki, Avropa İttifaqı İran və Livanda atəşkəsin davam etməsini istəyir.
Fon der Leyen diplomatik yollar vasitəsilə Yaxın Şərqdə sülh və sabitliyin bərpasına təcili ehtiyac olduğunu vurğulayıb.