BAKI, 16 mart. TELEQRAF

Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulması üçün Ali Rada (parlament) təxminən 300 qanun qəbul etməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Taras Kaçka bildirib.

“Bütün öhdəliklərimizi nəzərə alsaq, bu, təxminən 300 qanun deməkdir. Amma sürətlə hərəkət edə bilərik. Bizdən tələb etdikləri hər şey realdır. Bu, Ali Rada, hökumət və digər qurumların normal fəaliyyətini tələb edir”, - Ukrayna rəsmisi vurğulayıb.