BAKI, 10 mart. TELEQRAF
“Yaz kampaniyası zamanı Rusiya ordusu üçün əsas prioritet istiqamətlər Pokrovsk, Aleksandrivka və Zaporojye olaraq qalacaq”.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-mayor Aleksandr Komarenko bildirib.
“Bu bölgələr onlar üçün əsas səylərin cəmləşdiyi istiqamətlərdir, qarşılarına qoyulan tapşırıqları yerinə yetirməyə çalışırlar. İlk növbədə, Luqansk və Donetsk vilayətləri üzərində tam nəzarət əldə etməyə cəhd edirlər.
İkincisi, hədəf Zaporojye və Dnepropetrovsk vilayətləri istiqamətlərində maksimum irəliləyişə nail olmaqdır”, - o qeyd edib.