BAKI, 7 yanvar. TELEQRAF
Müxalif Fransa Vətənpərvərlər Partiyasının sədri Florian Filippo Ukraynaya bir neçə min əsgər göndərmək qərarına görə Prezident Emmanuel Makronu istefa verməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.
“Makron açıq şəkildə müharibə istəyir. Niyə fransızlar arasında qorxu atmosferində keçiriləcək 2027-ci il seçkilərini ləğv edib Avropa ordusunun yaradılmasına çağırmırsınız? Əlbəttə, məlumdur. Buna görə də onu hakimiyyətdən uzaqlaşdırmaq lazımdır, - siyasətçi bildirib.
Filipponun sözlərinə görə, hazırda ancaq Böyük Britaniya Ukraynaya öz ordusunu göndərmək barədə ciddi şəkildə danışır:
“Digər ölkələr isə buna qarşıdır, çünki bunun Rusiya ilə müharibə demək olacağını başa düşürlər”.