BAKI, 7 yanvar. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron atəşkəsdən sonra Ukraynada bir neçə min fransız əsgərinin yerləşdirilə biləcəyini, amma onların döyüş əməliyyatlarında iştirak etməyəcəklərini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Franceinfo” məlumat yayıb.
Makronun sözlərinə görə, atəşkəs əldə edildikdən sonra Fransa ordusu Rusiya-Ukrayna sərhədinə nəzarət etmək üçün əməliyyatlarda iştirak edəcək. Amma o, bunun döyüş əməliyyatları olmayacağını bildirib.
“Atəşkəsdən sonra Ukrayna ordusunun bərpasında da iştirak edəcəyik”, - Makron vurğulayıb.