BAKI, 7 yanvar. TELEQRAF

Almaniya Kansleri Fridrix Merts Ukrayna Prezidenti Volodimir Zelenskini gənc ukraynalıların öz vətənlərində hərbi xidmət keçmələrini təmin etməyə və ölkəni tərk etmələrinin qarşısını almağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

“Ukrayna gənc kişilərin Almaniya, Polşa və ya Fransaya üz tutmalarının qarşısını almağı təmin etməlidir”, - Almaniya hökumətinin başçısı bildirib.