BAKI, 17 dekabr. TELEQRAF

“Ukrayna müəyyən bir dil siyasəti qurmaq istəyirdisə, bunu sakit şəkildə, illər ərzində mərhələ-mərhələ etməliydi, yatmış ayını (Rusiyanı) oyatmaqla yox”.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Rusiya-Ukrayna müharibəsinin başlama səbəbləri” barədə danışarkən deyib.

Belarus lideri müharibənin başlamasına görə Ukraynanı günahlandırıb, onun iddiasına görə, bunun səbəblərindən biri guya Kiyevin ölkədə “rusdilli əhaliyə təzyiq”ləri olub.

“Bunu sizə yaşlı bir siyasətçi kimi deyirəm: əgər yatmış ayının yanında yaşayırsansa, onu oyatma, normal münasibətlər qur”, - Lukaşenko bildirib.

Belarus Prezidenti qeyd edib ki, müharibənin başlamasının bir çox səbəbini sadalamaq olar və onların hamısı Ukraynanın xeyrinə olmayacaq.