BAKI, 12 dekabr. TELEQRAF

Almaniya Xarici İşlər Nazirliyi Rusiya səfiri Sergey Neçayevi kiberhücum və dezinformasiya kampaniyaları ilə əlaqədar nazirliyə çağırıb.

Teleqraf xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü bu barədə Berlində keçirilən brifinqdə bildirib.

“Bu səhər Rusiya səfirini Almaniya Xarici İşlər Nazirliyinə çağırdıq, Rusiyanın hərəkətlərini yaxından izlədiyimizi və onlara qarşı tədbir gördüyümüzü açıq şəkildə bildirdik. Rusiyanın qəbuledilməz hərəkətlərinin nəticələri olacaq”, - o qeyd edib.