BAKI, 12 dekabr. TELEQRAF

“Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli üçün diplomatik təşəbbüsləri dəstəkləməyə hazırdır”.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda bildirib.

“Ümid edirik ki, şimal qonşularımız Rusiya və Ukrayna arasında müharibə dayandırılacaq. Onlarla uzunmüddətli əlaqələr və qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz var. Biz, ilk növbədə, İstanbul prosesi çərçivəsində atəşkəs və sülhə yönəlmiş diplomatik təşəbbüslərə konkret dəstək verməyə hazırıq”, - Türkiyə lideri qeyd edib.