BAKI, 3 dekabr. TELEQRAF
Avropa Komissiyasının Ukraynaya Rusiya aktivlərindən istifadə etməklə "reparasiya krediti" verilməsi təklifi Belçikanın narahatlıqlarını aradan qaldırmayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Belçika bu mexanizmin yaratdığı hüquqi və maliyyə risklərini öz üzərinə götürmək istəmir.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Brüsselin narahatlıqlarını nəzərə aldıqlarını bildirsə də, təşəbbüsün Belçikanın dəstəyi olmadan da (kvalifikasiya edilmiş səs çoxluğu ilə) qəbul edilə biləcəyini qeyd edib.