BAKI, 1 dekabr. TELEQRAF

Yunanıstan Türkiyə sərhədinə yaxın Egey adalarında raket sistemləri yerləşdirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Yunanıstan müdafiə naziri Nikos Dendias bildirib.

Nazir qeyd edib ki, “Axilles Qalxanı” adlı yeni layihə çərçivəsində Egey adaları və Türkiyə-Yunanıstan sərhədində həm dəniz, həm də hava məkanını əhatə edən beş növ raket sistemi yerləşdiriləcək.

İlk dəfə olaraq Egey dənizinin müdafiəsi üçün əsas məsuliyyət döyüş gəmilərindən adalar və materikdə yerləşdirilən uzaqmənzilli raket artilleriya sistemlərinə keçəcək.

“Bu, donanmanı, xüsusən də yeni, yüksək qabiliyyətli bölmələrimizi statik ərazi müdafiəsi vəzifələrindən azad edir”, - Dendias qeyd edib.