BAKI, 1 dekabr. TELEQRAF

“Tərəflər dörd illik yorucu müharibədən sonra əvvəlki dövrlə müqayisədə sülhə daha hazırdırlar. İnsanlar çəkdikləri əzablar və dağıntıların miqyasını görüblər və öz sərhədlərini anlayıblar”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində Rusiya-Ukrayna müharibəsindən danışarkən deyib.

“Bizim anladığımıza görə, Putin də müəyyən şərtlər altında atəşkə və əhatəli sülh sazişini qəbul etməyə hazırdır. Bu vəziyyət Ukrayna tərəfinə çatdırılıb, biz də onun bəzi məqamlarına cəlb olunmuşuq. Bu müharibə Rusiyaya da çox böyük xərclərə başa gəlir”, - o qeyd edib.