BAKI, 27 noyabr. TELEQRAF
Döyüş əməliyyatları Ukrayna qoşunları tutduqları mövqeləri tərk etdikdə dayandırılacaq.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Ukrayna qoşunları işğal etdikləri ərazilərdən (söhbət Ukraynanın suveren ərazilərindən gedir – red.) çıxacaq, bax onda döyüş əməliyyatları dayanacaq. Çıxmasalar, bunu silah gücü ilə təmin edəcəyik, vəssalam”, - o əlavə edib.
Həmçinin, Putin qeyd edib ki, Ukrayna ilə bağlı sülh planının hər bir kəlməsi oturub ciddi müzakirə olunmalıdır.
Xatırladaq ki, ABŞ bundan əvvəl Ukrayna və Rusiyaya 28 bəndlik sülh planı təklif edib. Plan Ukraynadan Rusiyanın xeyrinə ciddi güzəştləri nəzərdə tutur. Kiyev təkliflə razılaşmayıb.