BAKI, 26 noyabr. TELEQRAF
Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərinin mərkəzinə girib.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.
Mənbə şəhərin mərkəzində Rusiya hərbçilərinin sayının getdikcə artdığını bildirib.
“Təəssüf ki, şəhərin mərkəzi hissəsində işğalçıların görüntüləndiyi videoların sayı artır. Bu dəfə onların qrupu şəhərin şimalından cənubuna doğru hərəkət edir, şəhər və yerli biznes obyektlərinin dağıntılarını çəkib yayırlar”, - məlumatda deyilir.
“DeepState” qeyd edir ki, Rusiya hərbçilərinin Pokrovskun mərkəzinə sızmasına hava şəraiti də kömək edir.