BAKI, 24 noyabr. TELEQRAF
“Finlandiya Rusiyaya qarşı müharibəyə hazırlaşır”.
Teleqraf xəbər verir ki, bunu Finlandiyanın Helsinki Universitetinin professoru Tomas Malinen X sosial şəbəkəsində yazıb.
“İnanıram ki, bu prosesi artıq heç bir şəkildə dayandırmaq mümkün deyil. Hesablamalarıma görə, Finlandiya ilə Rusiya arasında bir-üç il ərzində müharibə başlayacaq. Çox güman ki, bu, başqasının bayrağı altında, NATO qüvvələri tərəfindən başlayacaq”, - professor bildirib.