BAKI, 23 noyabr. TELEQRAF

Ukraynanın Dnepropetrovsk vilayətinə gecə saatlarında dron və raket hücumu nəticəsində 15 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyası məlumat yayıb.

Yaralılardan 3 nəfər xəstəxanaya yerləşdirilib, onların vəziyyəti orta ağır qiymətləndirilir. Digər zərərçəkənlər evdə müalicə olunur.

Hücum nəticəsində bir neçə yaşayış binası və mülki infrastruktur zədələnib. Şəhər xidmətləri ərazidə bərpa işləri aparır.