BAKI, 22 noyabr. TELEQRAF
Belarus Prezidenti Aleksandr Lukaşenko 31 Ukrayna vətəndaşını əfv edib.
Teleqraf xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat katibi Natalya Eysmont jurnalistlərə bildirib.
Eysmont deyib ki, Aleksandr Lukaşenko bu qərarı Ukrayna tərəfinin xahişi ilə ABŞ Prezidenti Donald Trampla əldə olunan razılaşmaların davamı olaraq verib:
“Məqsəd Ukrayna münaqişəsinin həllinə zəmin yaratmaqdır. Prezident humanizm prinsiplərini rəhbər tutaraq və xoşməramlılıq jesti olaraq ölkəmizdə cinayət törətmiş 31 Ukrayna vətəndaşını əfv edib”.