BAKI, 16 noyabr. TELEQRAF

"Əgər Ukrayna Avropa İttifaqının (Aİ) dəstəyinə arxalanmaq və daxil olmaq niyyətindədirsə, korrupsiyaya qarşı kompromissiz mübarizə aparmalıdır".

Teleqraf xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jean-Noel Barro "France Info" kanalına müsahibəsində deyib.

O qeyd edib:

“Korrupsiyaya qarşı mübarizə – Aİ üçün mütləq prioritetdir. Aİ-nin uzunmüddətli dəstəyini gözləyirsinizsə və onun tərkibinə daxil olmaq niyyətindəsinizsə, kompromissiz olmalısınız.”

Nazir əlavə edib ki, Aİ daxilində korrupsion mexanizmlərin yayılmasına rast gəlinməyəcək:

“Avropa İttifaqı ərazilərində korrupsiyaya yol verilməyəcək.”