BAKI, 3 noyabr. TELEQRAF

NATO Hərbi Komitəsinin rəhbəri admiral Cüzeppe Kavo Draqone Rusiya-Ukrayna müharibəsinin dalana dirəndiyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu səbəbdən tərəfləri danışıqlara çağırıb.

“Oturub danışmağın vaxtıdır, çünki bu (Rusiya-Ukrayna müharibəsi – red.) can itkisidir”, - o deyib.

Draqone həmçinin qeyd edib ki, NATO Ukraynaya dəstəyindən əl çəkmək niyyətində deyil:

“Ukrayna uzunmüddətli sülh üçün danışıqlar masası arxasında olana qədər bu, davam edəcək”.