BAKI, 27 oktyabr. TELEQRAF

Ukrayna hərbi qüvvələri Dnepropetrovsk vilayətinin Yeqorivka kəndini Rusiyanın təxribat və kəşfiyyat qruplarından təmizləyib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindan yerli KİV-ə bildirilib.

Məlumata görə, Ukrayna ordusunun hücum alayı kənd və ətrafındakı Rusiya qüvvələrini məhv etməyə müvəffəq olub.

“Hazırda kənddə düşmən qüvvəsi yoxdur. Təmizlik əməliyyatından sonra hərbçilər kənddə Ukrayna bayrağı qaldırıblar”, - məlumatda deyilir.