BAKI, 29 sentyabr. TELEQRAF

Moldovada keçirilən parlament seçkilərində Vətənpərvərik Bloku müxalifətin qələbə qazandığını elan edib.

Teleqraf xəbər verir ki, blok bülletenlərin hesablanması zamanı saxtakarlığa yol verilməməsi tələbi ilə Mərkəzi Seçki Komissiyasının binası qarşısında piket keçirir.

“Fəaliyyət və Həmrəylik Partiyası bu seçkilərdə uduzdu və bu gün parlament çoxluğuna sahib deyil, müxalifət isə qalib gəldi. Bu o deməkdir ki, müxalifət bütün səylərini birləşdirə və parlament çoxluğu formalaşdıra bilər", - nümayişə toplaşanların qarşısında çıxış edən Moldovanın Sosialistlər Partiyasının rəhbəri, ölkənin keçmiş prezidenti İqor Dodon bildirib.