BAKI, 24 sentyabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə atəşkəs əldə olunarsa, yeni prezident seçkilərinə hazır olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, o, seçkilərin Konstitusiyaya uyğun keçirilməli olduğunu deyib.
“Biz hazırıq. Atəşkəs əldə edilərsə, çətin olsa belə, Konstitusiyaya uyğun olaraq bunu edə bilərik”, - prezident qeyd edib.
Zelenski əlavə edib ki, seçkilər yalnız tərəfdaşlarla əməkdaşlıq və təhlükəsizlik təminatları ilə mümkündür:
“Tərəfdaşlarımızla birlikdə və təhlükəsizlik zəmanəti ilə bunu edə bilsək, seçkiləri keçirə bilərik”.