BAKI, 22 sentyabr. TELEQRAF

Macarıstan NATO ilə Rusiya arasında hərbi qarşıdurmanın olmayacağına ümid edir.

Teleqraf xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyyarto BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində TASS müxbirinə bildirib.

“Biz ümid edirik ki, Rusiya və NATO arasında gələcəkdə hər hansı eskalasiya baş verməyəcək. Gərginliyi aradan qaldırmağın yeganə yolu Ukraynada sülhdür”, - nazir əlavə edib.