BAKI, 7 sentyabr. TELEQRAF

Polşa Hərbi Hava Qüvvələri Rusiyanın Ukraynaya hücumu ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələri Komandanlığının "X" sosial şəbəkə hesabında yazılıb.

“Polşa hava məkanının təhlükəsizliyini təmin etmək üçün Polşa Silahlı Qüvvələrinin əməliyyat komandiri bütün zəruri prosedurları həyata keçirib”, - deyə məlumatda bildirilir.

Qeyd edildiyi kimi, Polşa və müttəfiqlərinin təyyarələri hava məkanında fəaliyyət göstərir və yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri hazırlığını ən yüksək səviyyəyə çatdırıb.