BAKI, 1 sentyabr. TELEQRAF
Rusiya ordusunun Ukraynaya qarşı müharibədə yenilənmiş itkiləri arasında helikopter də var.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda deyilir ki, şəxsi heyət arasında genişmiqyaslı müharibənin əvvəlindən Rusiyanın ümumi canlı qüvvə itkisi 1 milyon 82 990 nəfər təşkil edir. Son sutkada Rusiya ordusunun daha 850 hərbçisinin məhv edildiyi bildirilib.
Baş Qərargah həmçinin bildirir ki, dörd ilə yaxın davam edən müharibədə Rusiya 11 155 (+4) tankını, 23 229 (+17) zirehli döyüş maşınını, 32 248 (+49) artilleriya və 1476 reaktiv yaylım atəş sistemini itirib.
Bundan başqa, itkilər arasında 1213 hava hücumundan müdafiə sistemi, 422 təyyarə, 341 (+1) helikopter, 55 276 (+214) PUA və 3664 qanadlı raket var.
Siyahıya həmçinin 28 gəmi/kater, 1 sualtı gəmi, 60.399 (+94) nəqliyyat vasitəsi və yanacaq tankeri, 3,952 ədəd xüsusi texnika daxildir.