BAKI, 26 avqust. TELEQRAF

Böyük Britaniyada son zamanlar baş verən kütləvi etirazlar ölkənin sosial və siyasi gərginliyinin artdığını göstərir.

Teleqraf xəbər verir ki, bu barədə "The Telegraph" nəşrində məqalə dərc olunub.

Məqalə müəllifinin sözlərinə görə, etirazçılar üzərində Müqəddəs Georgi xaçı təsvir olunmuş bayraqlarla aksiya keçirərək hökumətə qarşı narazılıqlarını ifadə ediblər. Nəşr qeyd edir ki, bu simvola adətən neytral və ya sakit münasibət göstərən britaniyalıların indi onu etiraz vasitəsinə çevirməsi vəziyyətin ciddiliyindən xəbər verir.

"The Telegraph" etirazların artmasını və sosial narazılığın dərinləşməsini “inqilabın astanasında olmaq” kimi qiymətləndirib.