BAKI, 24 avqust. TELEQRAF
Finlandiya Hərbi Dəniz Qüvvələri İsrail istehsalı olan "Gabriel Mk.5" gəmi əleyhinə raketləri döyüş növbəsinə qoyub.
Teleqraf "Helsingin Sanomat" nəşrinə istinadən xəbər verir ki, əzetinin məlumatına görə, yeni sistemlərin tam tətbiqi üçün 7 il tələb olunub.
Qeyd olunur ki, bu sistem hazırda ölkənin Hərbi Dəniz Qüvvələrinin dəniz minaları ilə yanaşı iki əsas silah sistemindən biridir.
"Gabriel Mk.5" raketləri Hamina sinifli raket katerlərinə quraşdırılıb. Gələcəkdə bu raketlərin Pohjanmaa sinifli yeni korvetlərdə də yerləşdirilməsi planlaşdırılır.
Nəşr vurğulayıb ki, "Gabriel Mk.5" həm düşmən gəmilərinə, həm də qurudakı hədəflərə qarşı istifadə oluna bilər. Finlandiya bu raketləri 2018-ci ildə köhnəlmiş "MTO85M" (RBS 15 Mk2) gəmi əleyhinə sistemləri əvəz etmək üçün seçib.