BAKI, 24 avqust. TELEQRAF
Bu gün səhər saatlarında Ukraynanın hücumu nəticəsində Kursk Atom Elektrik Stansiyasında yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilib ki, pilotsuz uçuş aparatının (PUA) düşməsi və partlaması nəticəsində stansiyanın öz ehtiyacları üçün nəzərdə tutulmuş transformator zədələnib. Bu, üçüncü enerji blokunun yükünün 50% azalmasına səbəb olub. Yanğınsöndürənlər hadisə yerindəki lokal yanğını operativ şəkildə söndürüblər. Xəsarət alanların olmadığı qeyd edilib.