BAKI, 22 avqust. TELEQRAF

Avropa İttifaqı və üzv ölkələri Ukraynaya hərbi əməliyyatların başlanmasından bəri ümumilikdə 168,9 milyard avro maliyyə və hərbi yardım göstərib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Məlumata görə, 59,6 milyard avro məhz silahlanmaya xərclənib. Bu vəsaitə həm ikitərəfli hərbi təchizat, həm Avropa Sülh Fondu vasitəsilə həyata keçirilən alışlar daxildir.