BAKI, 21 avqust. TELEQRAF

“Türkiyə hesab edir ki, hazırda Ukraynada baş verənləri nəzərə alaraq, bu ölkəyə sülhməramlıların göndərilməsi barədə danışmaq tezdir”.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib.

“Türkiyə regionda sülh və sabitliyi təbliğ edən və bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləməyə çalışan bir ölkədir. Amma əvvəlcə Rusiya ilə Ukrayna arasında atəşkəs əldə olunmalı, daha sonra hər bir ölkənin aydın mandatı və töhfəsi ilə missiyanın çərçivəsi müəyyən edilməlidir. Hələlik konkret mənbə tərəfindən təsdiqlənməmiş faktlara əsaslanaraq belə bir qiymətləndirmənin aparılması əsassız və qeyri-dəqiq olardı”, - sözçü bildirib.