BAKI, 10 avqust. TELEQRAF

Avropa İttifaqı Xarici İşlər Xidmətinin rəhbəri Kaya Kallas avqustun 11-də Rusiya və ABŞ arasında Ukrayna mövzusunda keçiriləcək zirvə görüşü öncəsi Aİ üzv ölkələrinin xarici işlər nazirlərinin təcili iclasını çağırıb.

Teleqraf-ın xəbərinə görə, Kallas bildirib ki, ABŞ və Rusiya arasında əldə olunacaq hər hansı razılaşma Avropa İttifaqı və Ukraynanın maraqlarını nəzərə almalıdır.

O, bu məqsədlə avqustun 11-də Aİ xarici işlər nazirlərinin fövqəladə görüşünü təşkil edəcəyini vurğulayıb.